Yuxusuzluq boy qısalığına səbəb olur

Mütəxəssislər yuxunun insan sağlamlığına təsir etdiyini bildiriblər. 
Yuxusuzluq insanın öyrənmə və inkişaf kimi beyin funksiyalarını zəiflədir. Hətta yuxusuzluqdan əziyyət çəkən insanların boy qısalığı problemləri də yaşadığı irəli sürülüb. Dərin yuxu zamanı inkişafa kömək edən hormonlar fəalliyyətə başlayır ki, bu da sağlamlığa müsbət təsir edir.
Əgər inkişaf dövrü keçirdən uşaq yuxusuzluqdan əziyyət çəkərsə, bu onun boyuna mənfi təsir edir. Belə ki, onun boy ölçüsü 1.80 santimetr olmalıdırsa, 1.75 santimetr olur.
Bundan əlavə bədəndə hər hansı bir yara olarsa, yaxud da insan xəstələnərsə, bu zaman normal yuxu sayəsində tez sağalmaq mümkündür. Ona görə həkimlər yaralılara, yaxud da xəstələrə dincəlməyi və yatmağı tövsiyyə edirlər.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png