“Britaniya ştammı” da mutasiyaya uğradı

Böyük Britaniyada koronavirusun “Britaniya ştammı” da mutasiyaya uğrayıb.
Bu barədə krallığın Xalq Sağlamlığı İdarəsinin məlumatında deyilir.
Bildirilir ki, E484K mutasiyası əvvəllər koronavirusun "Cənubi Afrika" və "Braziliya" variantlarında təsbit olunub.
Laboratoriya tədqiqatlarına görə, yeni mutasiya  koronavirusun immunitet reaksiyasına qarşı daha davamlıdır və COVİD-19 vaksininin təsir gücünü azaldır. Bununla əlaqədar olaraq artıq koronavirusa yoluxmuş insanların “Britaniya ştammı”nın mutasiyasına yoluxma riski də artır.
Xatırladaq ki, 2020-ci ilin sonunda Britaniyada koronavirusun daha sürətli yayılma gücünə malik yeni mutasiyası aşkarlanmış, bu səbəbdən bir çox ölkələr krallıqla sərhədlərini yenidən bağlamışdı. 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png