SABİRABADDA FACİƏ: GƏNC QADIN DOĞUŞDAN SONRA ÖLDÜ

SABİRABADDA FACİƏ: GƏNC QADIN DOĞUŞDAN SONRA ÖLDÜ Sabirabad rayonunda qadın doğuşdan sonra dünyasını dəyişib.
Hadisə Sabirabad rayon Regional Perinatal Mərkəzdə baş verib.
Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü qadın avqustun 31-də Mərkəzdə oğlan uşağı dünyaya gətirdikdən sonra vəziyyəti pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, qadın həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. 
Geri qayıt