İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər...

İmişlidə AĞIR QƏZA: “QAZ-24” yük maşınıyla toqquşdu, 8 nəfər... İmişlidə 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə dünən gecə rayonun Şahverdili kəndində baş verib. Belə ki,“Shacman” markalı yük maşını “QAZ-24” markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu və sərnişinlər - 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar əvvəl İmişli rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt