Füzulidə faciəvi hadisə - Ölən və yaralananlar var

Füzulidə faciəvi hadisə - Ölən və yaralananlar var Füzuli rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri qayıt