Masallı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.