Biləsuvarda yük avtomobili yandı

Biləsuvarda yük avtomobili yandı Biləsuvar rayonunda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayon ərazisində “HOWO” markalı yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb. Qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt