Azərbaycan Gorus-Qafan yolunda tikinti aparır

Azərbaycan Gorus-Qafan yolunda tikinti aparır Azərbaycan Gorus-Qafan yolunda tikinti işləri aparır.
Bu barədə Gorusun vitse-meri Karo Köçəryan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, azərbaycanlıların nə tikdiyi haqda heç bir məlumatı yoxdur:
“Tikib qurtarandan sonra biləcəyik ki, nədir”.
Qeyd edək ki, Azərbaycan Gorus-Qafan yolunun ərazimizdən keçən 21 km-lik hissəsinə nəzarət üçün post qurub. Hazırda orada polis, gömrük əməkdaşları və sərhədçilər çalışır.

Geri qayıt