Koronavirusdan ölən şəxsin protez dişləri oğurlandı

Koronavirusdan ölən şəxsin protez dişləri oğurlandı Gəncədə ölmüş şəxsin dişlərinin aparılması ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, vətəndaş Ramin Kərimov Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək koronavirusdan vəfat edən atasının protez dişlərinin naməlum şəraitdə oğurlandığını bildirib.
Müraciət ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Geri qayıt