Daha 1 erməni hərbçisinin qalıqları tapıldı

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədin qalıqları işğaldan azad olunmuş Suqovuşan kəndi ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.
Qeyd edilib ki, cəsədin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1668 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.