Ermənistan Müdafiə Nazirliyi cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyitinin tapılması barədə məlumat yayıb. Ölənlər əsgər rütbəsində olan 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyandır. Hadisənin səbəbləri araşdırılır.