Ötən gecə Əfqanıstan ordusuna məxsus hərbi təyyarə Özbəkistan ərazisinə qeyri-qanuni keçməyə cəhd edərkən Surxandərya vilayətinin Şerabad rayonu ərazisində ölkə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Bu haqda Özbəkistan HHQ-nin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, təyyarənin pilotları ağır xəsarət alıb, onlar vilayətin mərkəzi Termez şəhərindəki xəstəxanaya yerləşdirilib.