Şəkidə beşotaqlı ev yandı

Şəkidə beşotaqlı ev yandı Şəki rayonunun Kiçik Dəhnə kəndində ümumi sahəsi 200 kvadrat metr olan birmərtəbəli beş otaqdan və aynabənddən ibarət evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kvadrat metr olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Geri qayıt