Cəbrayılda 8 erməninin qalıqları tapıldı

Cəbrayılda 8 erməninin qalıqları tapıldı Dağlıq Qarabağda gedən son döyüş əməliyyatları ərazisində erməni hərbi qulluqçularının cəsədlərinin qalıqlarının axtarışları davam edir.
Son sutka ərzində 8 erməni hərbçisinin qalıqları Cəbrayıl rayonunda aşkarlanıb.
Onların şəxsiyyətini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası tələb olunur.
Axtarış işləri Xocavənd, Ağoğlan və Cəbrayıl istiqamətində davam edəcək.
Ümumilikdə, axtarışların başladığı 13 noyabrdan bəri 1329 erməni hərbçisinin cəsədi tapılıb.

Geri qayıt