Daşkəsəndə dağlıq ərazidə əməliyyat - 3 nəfər xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonu, Əmirvar kəndi yaxınlığında içərisində 3 nəfərin olduğu "Land Rover" markalı avtomobilin sürüşərək yolun yamac hissəsinə düşməsi və aşma təhlükəsi vəziyyətində olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qəzanın baş verdiyi əraziyə cəlb olunub. Həyata keçirilən operativ tədbirlər nəticəsində avtomobil yamacdan çıxarılıb.
Köməksiz vəziyyətdə qalan sürücü və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png