Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 57 min dolları ötüb. Son saatlarda kriptovalyuta 57 207 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb. Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub.