500 manatlıq pul buraxılıb?

500 manatlıq pul buraxılıb? Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.
Məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sorğuya  cavab olaraq, faktı təsdiqləməyib:
“AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə  deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

Geri qayıt