Azərbaycandan Rusiyaya göndərilən yumurtanın sayı 4,5 milyona çatıb

Azərbaycan Rusiyaya 306 min ədəd yumurta tədarük edib.


Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 26-da Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18 ton (306 min ədəd) yumurta gətirilib. Bununla da ölkəmizdən Rusiyaya ümumilikdə 4,5 milyon ədəd yumurta ixrac edilib.

“Rosselxoznadzor”un məlumatında o da qeyd olunub ki, Türkiyədən Rusiyaya indiyədək 1,5 milyon ədəd yumurta göndərilib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png