Tehranın region ixracı: Bakı hələ də əsas alıcıdır

2022-2023-cü illərdə İran məhsullarının Mərkəzi Asiya və Qafqaz ölkələrinə, eləcə də Rusiyaya ixracı əvvəlki illə müqayisədə 18 faiz artıb.

Bunu İranın Ticarətin Təşviqi Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya məsələləri üzrə departamentinin baş direktoru Rəhmətullah Hurmeli deyib.

Onun sözlərinə görə, ötən il ölkənin Mərkəzi Asiya, Qafqaz və Rusiyaya ixracının dəyəri 3,2 milyard dollardan çox olub:

“Keçən il İran Rusiyaya 745 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən illə müqayisədə 30 faiz çoxdur. Rusiya, Azərbaycan, Ermənistan, Türkmənistan və Özbəkistan bu dövr ərzində İranın regiondakı ixrac bazarında ilk beşlikdədir”.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png