Bakı QHT-ləri üçün təlim keçirib

Bakı QHT-ləri üçün təlim keçirib

29 iyul 2022-ci il tarixində Bakı şəhərində QHT-lər üçün “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilib.

Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib. 

MG Consulting MMC-nin ekspertləri Əliməmməd Nuriyev və Zaur İbrahimli öz təqdimatlarında QHT-lərin çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair öhdəlikləri, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri, eyni zamanda daxili nəzarət mexanizminin yaradılmasına dair ətraflı məlumatları iştirakçılara çatdırmışdır. 

Ümumilikdə təlim zamanı 20 QHT nümayəndəsi iştirak etmişdir. Sonda iştirakçıların sualları cavablandırılmış və sertifikatlar təqdim olunmuşdur.

Geri qayıt