QHT Agentliyinin dəvəti ilə Bosniya və Herseqovina QHT-ləri Azərbaycana gələcək

QHT Agentliyinin dəvəti ilə  Bosniya və Herseqovina QHT-ləri Azərbaycana gələcək Fevralın 23-28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT—lərin nümayəndələri Azərbaycana səfər edəcəklər.

ONN TV xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT nümayəndələri ilə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.

Eyni zamanda, Srebrenitsa qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri də nəzərdə tutulub./qht.az

Geri qayıt