Qrant müsabiqəsi ilə bağlı QHT Agentliyindən açıqlama: GÖZLƏYİRİK

Qrant müsabiqəsi ilə bağlı QHT Agentliyindən açıqlama: GÖZLƏYİRİK “Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il qrant müsabiqəsinə yaxın həftələrdə start verəcək”.

Bunu QHT Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Toğrul Məmmədli bildirib.

Toğrul Məmmədli daha sonra vurğulayəb ki, hər bir dövlət orqanı müsabiqələrinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə, eləcə də, aidiyyatı qurumlara təsdiq məktubları göndərirlər. Bu prosesi nəzərə alsaq, müsabiqənin gecikməsini normal hal kimi qəbul edərik: “QHT təmsilçilərinə çox asan və əlverişli mühitin yaradılması üçün Müşahidə Şurasının üzvləri hər həftə toplaşırlar. Müsabiqə elan olunanda QHT və ictimaiyyət nümayəndələri biləcəklər ki, burada bilərəkdən gecikmə halı yoxdur. Nazirlər Kabinetinin müsabiqə qaydalarını təsdiqləməsini  gözləyirik”.

Geri qayıt