Günün yorğunluğunu ayaqlarınızdan bu üsullarla atın

Günün yorğunluğunu ayaqlarınızdan bu üsullarla atın Gün ərzində ayaqqabının içində, ayaqüstə qalmaq, hündürdaban üzərində gəzmək ayaqları yorduğu üçün onların da baxıma və dincəlməyə haqqı var. Əks halda günün sonunda ayaq əzələlərində şiddətli ağrılar və sancmalar ola bilər 
Ayaqlarda yaranan ağrıları azaltmağa yardım edən bir neçə üsulu təqdim edir.
Torpağın üstündə gəzin
Qaya parçaları, yarpaqlar, otlar və ya sadəcə torpaq üzərində çılpaq ayaqla gəzmək həm mənəvi, həm də fiziki cəhətdən özünüzü daha rahat hiss etməyinizə səbəb olacaqdır.
Tennis topu ilə masaj edin
Tennis topunu ayağınızın altında irəli və geri hərəkət etdirərək masaj edə bilərsiniz. Bu qan dövranını sürətləndirərək, ayaqda yaranan damar tutulmalarını azaldacaqdır.
Buz qoymaq
Dabanlarınız ağrıyır və ya şişmiş görünürsə, bu, hər hansı zədədən iltihabın əmələ gəlməsinə işarə edə bilər. Bunun qarşını almaq üçün dəsmala buz qoyub 15 dəqiqə ağrıyan bölgədə saxlayın. Ağrının azaldığını hiss edəcəksiniz. Əks təqdirdə həkimə müraciət etməyiniz tövsiyə olunur.
Banan maskası
Bananı yaxşıca əzin. Ayaqlarınıza çəkməzdən öncə onları isti suda saxlayın. Maska ilə 4 dəqiqə ayaqlarınızı dairəvi hərkətlərlə masaj edin. Bu, ayaqlardakı yorğunluğu və ağrıları aradan qaldıracaqdır.
Geri qayıt