Pendir və mayonezlə balıq sobada resepti

Pendir və mayonezlə balıq sobada resepti Tərkibi:
- 500 qr balıq filesi
- 150 qr mayonez
- yarım limonun şirəsi
- 100 qr holland pendiri
- 2 diş sarımsaq
- duz, istiot

Hazırlanması:
Balığı tikələr doğrayın, duz, istiot, limon şirəsini vurun, yaxşı qarışdırın, soyuducuda 1 saat saxlayın.Sarımsağı əzin, mayonezlə qarışdırın.Formaya yağ çəkin, üzərinə balıq düzün, üzərinə sarımsaqlı mayonez tökün, mayonezin üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.Sobanı 180 C qədər qızdırın, balığı 40-45 dəqiqə bişirin.

Nuş olsun!
Geri qayıt