AZƏRBAYCANSAYAĞI TABAKA RESEPTİ

AZƏRBAYCANSAYAĞI TABAKA RESEPTİ Tərkibi:
Marinad Üçün:
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı qurudulmuş kəklikotu
1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının dörtdə biri qədər döyülmüş zirə
8 diş sarımsaq – soyub əzin
2 xörək qaşığı limon suyu
Duz
İstiot
Üstünə:
doğranmış keşniş
nar gilələri
Hazırlanması:
Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın. Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın.
Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və marinə olması üçün soyuducuya qoyun – ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər.
Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan.
Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin.

Nuş olsun!

Geri qayıt