Gürcü xəngəli resepti

Gürcü xəngəli resepti Tərkibi:
Xəmir üçün:
500 qr un,
duz,
su,
1 ədəd yumurta,
apardığı qədər un
İçlik üçün:
çəkilmiş ət,
quyruq,
soğan,
kişniş,
duz, istiot, pul biber,
su
Hazırlanması:
Əvvəlcə xəmir üçün qeyd olunmuş ərzaqları bir qaba töküb xəmir yoğururuq. Xəmiri bir müddət gözlədirik.
Bu vaxt ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün qiymənin üzərinə xırda doğranmış soğan, kişniş, quyruq əlavə edib, qarışdırırıq. Ədviyyatları vurub, yenidən qarışdırırıq və az miqdarda su tökürük.
Xəmirdən bərabər ölçülü kündələr tutub, yayırıq. Mərkəzinə içlik qoyub, bükürük. Qaynayan suya duz əlavə edib, hazırladığımız xəngəlləri tökərək bişiririk.

Nuş olsun!

Geri qayıt