750 qram təzə kələm
1-2 ədəd kök
3 xörək qaşığı bitki yağı
80 qram yaşıl soğan
1/2 stəkan üzüm sirkəsi (3%-li)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
Hazırlanması:
Əvvəlcə arıtlanmış və yuyulmuş kələmi dörd yerə bölün, özəyini çıxarın, sonra həmin hissələri nazik doğrayıb, dərin olmayan boşqaba qoyub (ən yaxşısı emal qaba qoymaq), duzlayın və şirəsini buraxanadək və yumşalanadək ovxalayın.
Bundan sonra şirəni sıxın, kələmi saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin iri gözündən keçirilmiş kök, sirkə əlavə edib, qarışdırın və 2-3 saat soyuq yerdə saxlayın.
Süfrəyə verməzdən əvvəl bitki yağı, şəkər əlavə edib qarışdırın. Salat qabına qoyduqdan sonra üzərinə yaşıl soğan və ya şüyüd səpin.
Kələm salatına qabığı soyulmuş və dilimlənmiş alma, əvvəlcədən qaynar suda isladılmış ərik qurusu, çəyirdəksiz qara gavalı, həmçinin quşüzümü, turşuya qoyulmuş meyvə və giləmeyvələr əlavə edə bilərsiniz.
Tövsiyə: Bu salatı qəlyanaltı, ya da qarnir kimi ət və ya quş ətindən, həmçinin qaynadılmış soyuq balıqdan hazırlanmış soyuq və ya qaynar xörəklərin yanında vermək olar.
Nuş olsun!