Röya Ayxandan maraqlı addım

Röya Ayxandan maraqlı addım

Tanınmış müğənni, xalq artisti Röya Ayxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Qurumdan verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb.

Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri və yaradıcılıq mühiti qonaqda xoş təəssürat yaradıb.

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub.

Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib

Geri qayıt