Neslihana qarşı BÖYÜK ŞOK

Neslihana qarşı BÖYÜK ŞOK

Türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi zaman lentə alınan görüntüləri sosial şəbəkədə yayılıb.

Türkiyə mətbuatında verilən məlumata görə, aktyor Alaçatıdakı əyləncə məkanlarından birində iki xanımla səmimi halda görüntülənib.

Qeyd edilib ki, həmkarı Aras Bulut İynemli aktyoru oradan uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Kadir Doğulu xanımlardan biri ilə əl-ələ məkandan ayrılmaq istəsə də, dostları buna mane olub. 

Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidir.

Geri qayıt