Hacı Şahinə saxta yardım kampaniyası

Hacı Şahinə saxta yardım kampaniyası

Bəzi şəxslər tanınmış din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi və digər məsələlərlə bağlı yardım kampaniyası başladıblar.

Sosial şəbəkələrdə müxtəlif adlar altında aparılan bu cür kampaniyalar çərçivəsində bank hesabları paylaşılır və insanlardan yardımlar umulur.Bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında vətəndaşlar diqqətli olmağa çağırılır."Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik”, deyə Hacı Şahin Həsənlinin adına olan feysbuk səhifəsində bildirilir.

Geri qayıt