Kraliça bu dəfə yırtıq yupqası ilə təəccübləndirdi

Kraliça bu dəfə yırtıq yupqası ilə təəccübləndirdi

İspan kraliçası Letisiya Ortizin son çıxışı üçün seçdiyi qəribə obrazı hər kəsi təəccübləndirib.

Noyabrın 2-də kraliça Letisiya Novarra Film Festivalını ziyarət edib. Lakin moda ictimaiyyətinin sevimlisi festivala olduqca qəribə tərzdə gəlib və bu, sosial şəbəkədə tənqid dalğasına səbəb olub.

Söhbət "H&M" brendinin 112 dollarlıq dama-dama yubkasından gedir. Klassik qırçınlı modelin dizindəki çuxurvari kəsim müzakirələrə səbəb olub. Bununla belə Letisiyanın bədən quruluşu istənilən halda mümkün qədər təsiredici görünür. Qəribə dekolteli yubka arıq belini və incə, zərif ayaqlarını mükəmməl vurğulayıb.

Letisiya yubkanı qara uzunqol köynək, klassik qara dikdaban ayaqqabı və qara lakonik çanta ilə tamamlayıb

Geri qayıt