1 Salat üçün soğan xırda doğranılır, üzərinə qaynar su əlavə edilir. 10 dəqiqə saxlanılır. Suyu süzülür və soyuq su ilə yuyulur (acısını itirmək üçün). 2 Hər bir yumurta ayrı-ayrılıqda çalınır və ayrı-ayrılıqda bitki yağında qızardılır (qayğanaq şəklində). Alınan qayğanaqlar saxlanılır. 3 Bişmiş toyuq filesi kubik formasında doğranılır. 4 Yumurta qayğanaqları uzunsov dilimlərə doğranılır. 5 Xiyar həmçinin nazik dilimlərə doğranılır. Xiyar dilimləri, toyuq filesi, soğan, doğranmış yumurtalar qarışdırılır, duzlanır və mayonez əlavə edilərək bir daha qarışdırılır. 6 Bolqar bibərindən gül hazırlamaq üçün, onun ucunda ulduzvari kəsiklər edilir. Kəsiklər bibərin dibinə qədər edilmir, təqribən 2-2,5 sm uzunluğunda. Zövqə görə yarpaqları nazik və ya enli kəsmək olar. Sonra ehtiyyatla bıçaqla bibər azmaz aralanır və soyuq su ilə dolu dərin boşqaba yerləşdirilir. Bu halda kəsilən yarpaqlar özləri aralanacaq. 7 Belə halda bibər bir-iki saat qalmalıdır. Bibərli boşqabı soyuducuya da yerləşdirmək olar - su nə qədər soyuq olsa, o qədər kəsilən yarpaqlar daha tez aralanar. 8 Fincanın alınması üçün bibərin özəyi və daxili ehtiyyatla yarpaqları kəsilməlidir. 9 Fincanlar salatla doldurulub, zövqə görə bəzədilir. Nuş olsun