Bu məhsul sizə çəki atmağınıza kömək olacaq

Bu məhsul sizə çəki atmağınıza kömək olacaq

Qədim zamanlarda sağlam yollarla hazırlanmış kvasdan çəkini azaltmaq məqsədilə istifadə edilib. Çünki, kvasın ən əsas xüsusiyyəti maddələr mübadiləsini yaxşılaşdırmaqdır.

Aşağıda sizlərə kvasın ev şəraiində mayasız hazırlanmasının reseptləri verilib.

1. Arıqlamaq üçün yulaf kvası

Kvası ilə arıqlamaq 2 həftədən sonra öz nəricəsini göstərir. Bu müddətdə isə yulaf kvasını qəbul edən şəxs həzmində sürətlənmə və bədəninbə yüngülləşmə hiss edir. Ay ərzində isə yukaf kvasından içdikdə bir-neçə kiloqlam arıqlamaq mümkün olur.

Hazırlanması

3 litrlik balona 0,5 kq yulaf tökülür və balona su əlavə edilib yulaf yuyulur, su boşaldılır. Yuyuylmuş yulafın üzərinə qaynaq su və 3 xörək qaşığı şəkər tozu lavə eilir. Balonun ağzı ikiqat tənziflə bağlanır və 2 gün saxlanılır. Bu müddətdə kvasın üstündə plyonkaya bəbzər təbəqə əmələ gələcək. Bu da kvasın hazır olmasının işarəsidir. Sonra kvas süzülüb hər gün yeməldən 30 dəqiqə əvvəl 1 stəkan içilir. Məhsul soyuducuda saxlanılamalıdır.

2. Arıqlamaq üçün çuğundur kvası

2 iri çuğundur sürtkəcdən keçirilir, üzərinə 2 dilim xırdalanmış çovdar çöyəyi, 4 qaşıq şəkər tozu və 2 litr soyuq su əlavə edilir. Qarışım 3-4 gün saxlanılır, sonra süzülüb soyuducuya qoyuur.

Çuğundur kvası yeməkdən yarım saat əvvəl yarım stəkan içilir. Gün ərzində 3 stəkandan artıq qəbul edilməsi məsləhət deyil.

Çuğundurdan hazırlanmış kvas qanda xolesterinin miqdarını azaldır,maddələr mübadiləsini yaxşılaşdırır, ürək-damar xəstəliklərinin əlamtlərini aradan qaldırır,damarları təmizləyir və genəldir, bağırsağı təmizləyir, piyləmnin qarşısını alır.

3. Bolotov üsulu ilə balqabaq kvası

Bu kvasın hazırlanması akademik Bolotov tərəfindən irəli sürülüb. Bu içki orqanizmi şlaklardan və yığılıb qalmış piylərdən təmizləyir, immuniteti artırır, soyuqdəymə əlamətlərini aradan qaldırır. Balqabaq kvası yay aylarında ürəkyanğısını da aradan qaldırmaqla orqanizmin suya olan tələbatını azaldır.

Hazırlanması

3 litrlik balona 1 stəkan basurotu yarpaqları(apteklərə satılır), 200 qram şəkər tozu və 0,5 litr balqabaq şirəsi tökülür, üzərinə su əlavə edilir. Qarışım 10 gün saxlanılır və hər yeməkdən yarım saat əvvəl 1 sətkan qəbul edilir.

4. Limon kvası

3-4 iri limon qaynar su ilə yuyulur. Qaynar su ilə yuyulmaqda məqsəd isə onun üstünə yığılma və daşınma zamanı düşə biləcək mikroblardan xilas olmaqdır.

Limonların şirəsi sıxılır, üzərinə 2,5 stəkan şəkər tozu və 20 qram maya əlavə edilir. Şirənin üzərinə 100 qram kişmiş əlavə edilib 2 gün sərin tempraturda saxlanılır. Sonra süzülür və yeməkdən əvvəl 3 xörək qaşığı qəbul edilir.

5. Zəncəfil kvası

500 qram suxari və ya 800 qram yulaf çörəyi xırdalanır. 7 qaşıq zəncəfil və ya bu miqdarda dilimlənmiş zəncəfilə 4 lit qaynar su qatılır, 5 saat saxlanılır. Sonra xırdalanmış suxari və ya yulaf çötəyi suya qatılır və qaynadılır. Bu müddətdə 30 qram maya ilıq suda həll olunur və qaynar kvasa əlavə edilərək qarışdırılır. 12-18 saat saxlanıldıqdan sonra süzülür və soyuducuya qoyulur. Zəncəfil kvasından hər gün yeməkdən qabaq yarım stəkan içilir

Geri qayıt