Varikozun yaranma səbəbi nədir?

Varikozun yaranma səbəbi nədir?

Səhhət və estetik cəhətdən problem yaradan varikozlara bəzən diqqət yetirilmir. Havalar isti olan zaman isə bununla bağlı şikayətlər artır. Adətən müalicəsi yaz aylarında başlayır.

Türkiyənin Memorial Ankara xəstəxanası ürək və damar cərrahiyyəsinin rəhbəri Cem Yorgancıoğlu, varikozlar barədə məlumatlar verib.

Varikoz damarların genişlənməsi və şişməsidir. Qanın dərialtı damarlarda anormal şəkildə toplanması ilə meydana gələn, bənövşəyiyə bənzəyən rəngdə olur. Adətən ayaqlarda və diz altında müşahidə edilir. Genetik faktor da bu zaman rol oynayır. Varikoz ayaqlarda ağrı, ağrılıq hissi, gecə başlayan ağrılar, ayaq topuk hissələrdıki şişlik və dəridə rəng dəyişimi kimi əlamətlərlə özünü göstərir.

Varikozun qarşısını almaq və ya heç yaranmaması üçün aşağıdakılara diqqət edilməlidir:

Fürsət olduqca ayaqları yuxarı qaldıraraq istirahət etməlisiniz.

Varikoz damarlar üçün corablardan istifadə etməlisiniz.

Artıq çəkilərdən xilas olmalısınız.

Uzunmüddətli ayaqda qalmaq məsləhət deyil.

Bol maye qəbulu

Hündürdabanlı ayaqqabılardan istifadə etməmək

Geri qayıt