“Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrası davam edir

“Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrası davam edir

Sabunçu rayonu Maştağa qəsəbəsində 5 ümumtəhsil məktəbdə, “Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrası davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant vəsaiti ilə «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsi çərçivəsində 20.10.2022-ci il tarixində Cavid Nurməmmədov adına 108 № li tam orta məktəbdə layihənin təqdimatı keçirilmişdir.

Məktəbin direktoru E.Məmmədova pedaqoji kollektivin üzvlərinin diqqətinə çatdırmışdır ki, «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək !" layihəsi bu gün təhsilin prioritet mövzularından birinə çevrilmişdir və olduqca aktualdır. Yol qaydalarını bilmək və onlara ciddi riayət etmək hər bir vətəndaşın borcudur. Məktəblilər arasında bu tipli layihələrin icrası onların maarifləndirilməsinə kömək edir və bir çox hallarda, uşaqlarla baş verən yol qəzalarının qarşısini alır.

Sonra layihə rəhbəri N.Nəcəfov layihə barədə geniş məlumatla verdi. Q bildirdi ki, məktəblilər arasında yol hərəkəti qaydalarının öyrənilməsi və bu qaydalara əməl olunması şagirdlər üçün vacibdir,

Bu onların sağlam böyüməsinə, inkişaf etməsinə yardım göstərir. Nəqliyyat vasitələrinin sayı günü-gündən çoxalır, bu da yol-nəqliyyat hadisələrinin artmasına gətirib çıxarır. Təəssüflə qeyd edirik ki, yol-nəqliyyat hadisələri uşaqlardan yan ötmür, onların sağlamlığına ziyan vurur, bəzən uşaq ölümü ilə nəticələnən faciələr də baş verir.

«Oriqami» uşaq birliyi yol hərəkəti qaydalarının öyrənilməsi, uşaqlar tərəfindən daha yaxşı yadda qalması və bu sahədə düzgün davranış qaydalarının vərdiş halına gətirilməsi məqsədi ilə mövcud pedaqoji üsullarla yanaşı, daha bir yeni, öyrədici, hərəkətli modul işləyib hazırlamışdır. Bu üsulun ibtidai sınıflərdə tətbiqi təklif olunur. Modul-dekorasiya qurularaq, rollu, süjetli, hərəkətli oyun formasında müxtəlif yol situasiyası şəklində icra olunur. Bu halda iştirakçılara, yol hərəkəti qaydalarına dair bilikləri öyrənmə, yadda saxlama və düzgün əməl etmə kimi sifətlər aşılanır, vərdişlər öyrədilir və praktik olaraq, onların fəal iştirakı ilə həyata keçirilir. Proses zamanı yol nişanlarını tanıma, işıqfordan düzgün istifadə etmə, yolu keçərkən diqqətli olma, piyadaların keçidlərindən istifadə etmə xüsusi yer tutur. Layihənin icrası, təklif olunan modulun 30 nəfər qız və oğlanın aktiv rollu, hərəkətli oyun formasında icrasından ibarətdir. Məktəblilərə, yol hərəkəti qaydalarının təklif olunan üsulla öyrədilməsi «Oriqami» uşaq birliyinin sərəncamında olan əyani vasitələrin və xüsusi avadanlığın köməyi ilə həyata keçirilir.

N.Nəcəfov «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrası ilə bağlı ibtidai sinif müəllimlərin, psixoloqların suallarına cavab verdi və maarifləndirmə prosesində qabaqcıl tədris metodikalarının tətbiqinin pozitiv nəticə verəcəyinə əminliyini bildirdi.

Geri qayıt