Mövsümün ən dəbli üst geyimləri hansılardır?

Mövsümün ən dəbli üst geyimləri hansılardır?

Bomber gödəkçələri bir vaxtlar bombardmançı pilotlar geyinirdi. Bu üst geyimi bomber adını da elə burdan alıb. Pilot gödəkçələri əvvəlcə kişi, daha sonra qadın qarderoblarında kök saldı və zamanla payızın dəyişməz trendlərinin arasında öz yerini tutdu.

2022-ci ilin payız-qış kolleksiyaları da istisna olmayıb. “Qadınlığı vurğulamaq üçün kişilik elementlərinə ehtiyacınız var” deyən dizayner Ketrin Qolşteyn bu mövsüm dəri bomberlərin xüsusilə aktual olacağı proqnozunu verib.

Bu ilki kolleksiyalarda həqiqətən çox sayda bomber gödəkçələr var. Belə gödəkçələri istənilən mağazadan tapa bilərsiniz, amma daha həcmli versiyalarına kişi bölməsində rast gəlmək ehtimalı yüksəkdir. Məsələn, “Prada” şousunda həcmli versiyaları qarşımıza çıxdı, “Isabel Marant”ın dəfiləsində bomberin daha uzun modellərini gördük. Məşhur dizayner Fibi Faylonun tələbəsinin qurduğu “Quira” brendində bomber gödəkçələr Viktorian dövrünün bluzalarını xatırladırdı. “Raf Simons”da isə pilot gödəkçələr orta əsrləri xatırladan dramatik bir başlıqla birlikdə təqdim olunmuşdu.

Bomber gödəkçəni necə geyinmək olar?

Bir çoxları həcmli gödəkçənin bədənin proporsiyalarını pozacağından qorxur. Həqiqətən onda daha həcmli görünmək riski çoxdur. Amma onu qısa yubka, dar paltar və ya dar şalvarla birlikdə geyinsəniz, bütün risklər aradan qalxacaq və siz əksinə, daha cəlbedici görünüş qazanacaqsınız.

Bomber gödəkçənizin qısadırsa, geniş şalvar uğurlu seçim olacaq.

Bomberin vodolozka ilə cins şalvar və şişburun çəkmələr ilə birləşməsini isə, şübhəsiz ki, ən təhlükəsiz variantlardan biri adlarmaq olar

Geri qayıt