ABŞ Qida və Dərmanların Keyfiyyətinə Nəzarət İdarəsi “Bluebird Bio” şirkətinin nadir anemiya növlərindən birinin gen terapiyası üçün hazırladığı “Zinteglo” preparatını təsdiqləyib.
Bu barədə “Röyters” məlumat yayıb.
“ABŞ-da 2022-ci ilin sonuna qədər “Zinteglo” ilə müalicəyə başlaya biləcək beta talassemiyalı 1500-ə yaxın insan var. Bir iynənin qiyməti 2,8 milyon dollara başa gələcək ki, bu da simptomları tamamilə aradan qaldırmaq üçün kifayətdir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, beta talassemiya qırmızı qan hüceyrələrində hemoqlobin istehsalını azaldan bir neçə fərqli mutasiya nəticəsində yaranan irsi xəstəlikdir