İmişlidə bu şəxslərin əmək haqqıları artıb

İmişlidə bu şəxslərin əmək haqqıları artıb

İmişlidə muzdla çalışan işçilərin sayı 2022-ci ilin ikinci rübündə 11,0 min nəfər olub, onlardan 6,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 4,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir.

İmişli Rayon Statistika İdarəsindən verilən məlumata görə, muzdla işləyənlərin 3,7 min nəfəri və ya 33,6 faizi maddi istehsal sahəsində, 7,3 min nəfəri və ya 66,4 faizi isə xidmət sahəsində çalışanlardır. Muzdla işləyənlərin 25,7 faizi təhsil, 20,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,8 faizi tikinti, 5,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 10,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, 4,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olanlardır.

2022-ci ilin yanvar-iyun aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,0 faiz artaraq 579, manat olub. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək qeydiyyata alınıb.

Geri qayıt