Tərəvəzli kotleti birdə belə hazırlayın

Tərəvəzli kotleti birdə belə hazırlayın

Kotletə ətdən başqa tərəvəzlər də qatın

Tərəvəzli zərif kotletlər

Əgər hələ də kotletə ət və suxarıdan başqa heç nə vurmursuzsa, bu resept sizlikdi.

Ərzarlar:

Ət farşı – 500 qr

Göbələk – 300 qr

Yağsız kəsmik – 200 qr.

Mannı – 100 qr

Kök – 1 ədəd

Soğan – 1 baş

Sarımsaq – 3 diş

Yumurta -1 ədəd

Duz, istiot


Bişir:

Göbələk, soğan, sarımsaq, kök hamısı kombaydan keçirilir. Bura yumurta, mannı qatıb qarışdırın. Tərəvəz kütləsini ət farşına əlavə edib, duz istiot vurursuz. Kotletin daha zərif alınması üçün kəsmik də əlavə olunur. Kütlə yaxşıca qarışdırılır. Çalışın, dərin qabda əllə qarışdırasız. 

Farşdan yumurta boyda yumru və ya yastı kotlet formaları hazırlayın. Tavada yağı qızdırın, kotletləri azca una batırıb, ikitərəfli qızardın. 

Bu kotletləri buxarda da bişirə bilərsiz. 

Boşqabda yanında qarnir kimi qısardılmış pomidor, gül kələmi və reyhan verə biləriz.

Geri qayıt