Milli Kino Günü münasibətilə 5 yeni film nümayiş olunacaq

Milli Kino Günü münasibətilə 5 yeni film nümayiş olunacaq

Milli Kino Günü münasibətilə Heydər Əliyev Mərkəzinin həyətində 5 yeni film nümayiş olunacaq. Bunlardan üçü "Böyük qayıdış" ssenari müsabiqəsi çərçivəsində çəkilən qısametrajlı filmdir.

Bunu jurnalistlərə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib.

Nazir müavini deyib: “Biz istəyirik ki, kinomuz Azərbaycan cəmiyyətinin inkişafında özünü səfərbər etsin. Kinomuzun inkişafı Mədəniyyət Nazirliyinin prioritetlərindən biridir. Gələn il Azərbaycan kinosunun 125 illiyi, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi tamam olacaq. Bununla bağlı ciddi işlər, planlar nəzərdə tutulub”.

Geri qayıt