Taliban ABŞ-ın 1 milyardlıq silahını ələ keçirdi

Taliban ABŞ-ın 1 milyardlıq silahını ələ keçirdi Taliban hərəkatının silahlıları Qunduz şəhərini ələ keçirərək, ABŞ-a məxsus olan və dəyəri 1 milyard dollardan çox təşkil edən silah-sursata sahib olublar.

Bu barədə “İndependent” qəzeti məlumat yayıb.
Məlumata görə, Taliban qüvvələrinin hücumuna məruz qalan ABŞ əsgərləri şəhəri təcili surətdə tərk edib qaçıblar. Şəhərdə yerləşən ABŞ hərbi kontingentinin hərbi təyyarələri, pilotsuz uçan aparatları, minaların təmizlənməsi üçün texniki avadanlıqlar, şəxsi heyətin silah-sursatı və zirehli maşınlar Taliban qüvvələrinin əlinə keçib.

Geri qayıt