Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün elan etdiyi 2024-cü il üzrə qrant müsabiqəsində Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyi “Region gənclərinin şəxsi inkişafı və məşğulluq probleminin həllinə dəstək” layihəsi ilə qalib gəlmişdir. Layihə dövrü 15 sentyabr-15 dekabr 2024-cü il tarixlərini əhatə edir.
Layihənin məqsədi region gənclərinin fərdi bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişaf, karyera quruculuğunda praktik təcrübələrinin artırılmasına dəstəkdir. Müvafiq tədbirlər zamanı gənclərə şəxsi inkişafın praktiki metodları, iş axtarışı, məşğulluq, fərdi işin başlanılması, eyni zamanda Avropa gənclərinin qeyd edilən istiqamət üzrə təcrübələri öyrədiləcəkdir. Bu xüsusda, gənclərin müstəqil karyera, məşğulluq, ictimai fəaliyyət, nəzəri biliklərin praktiki tətbiqi üzrə müvafiq biliklər veriləcək. Bundan əlavə, təşkilatın əlaqələri, gənclərin bu əlaqələrdə istifadə praktikası öyrədiləcəkdir. Təcrübədə gənclər məşğulluq probleminin həllində praktiki biliklərə sahib olacaqlar, bundan əlavə, ictimai fəaliyyət onları şəxsi inkişafına təsiri izah olunacaqdır.
Layihə çərçivəsində Lənkəran şəhərində gənclərin iştirakı ilə 3 təlim keçiriləcək və layihə çərçivəsində mövzu ilə əlaqədar hazırlanacaq kitabçalar gənclərə paylanılacaqdır.
Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyi ([email protected])