Xaçpərəstlərin hüquqi ittifaqı yenə öz ampluasındadır

Azərbaycanın suveren torpaqları 30 il ərzində erməni qardaşlarınız tərəfindən işğal altında oldu, bir milyon insan öz dədə torpaqlarından qaçqın düşdü, milli, mənəvi, dini dəyərlərimiz təhqir edildi və yer üzündən silindi. Məscidlərimizə donuz bağlayıb məzarları dağıdaraq sümükləri belə sızlatdılar. Uşaqlarımızı diri-diri yandırdılar, qız-gəlirlərimizin namusunu ləkələdilər. Hamilə qadınlarımızın qarnını süngü ilə yırtıb bətnindəki uşaqları süngüdən keçirdilər. Dədə və nənələrimizi min bir işgəncə verərək qətlə yetirdilər. 

Bunun hamısı sizlərin, bütün dünya ictimaiyyətinin gözü önündə baş verdi, siz susdunuz, özünüzü korluğa vurub görməzdən gəldiniz. Əksinə olaraq, bilavasitə və dolayısı ilə, bu hərbi cinayətləri törədən ermənilərə dəstək verdiniz və bu gün də o dəstəyi verirsiniz. Türkə zərbələr endirmək üçün əsrlər öncə qurduğunuz xəyalların  şanlı Azərbaycan ordusunun ayaqları altında əzməsini həzm edə bilmirsiniz və açıq şəkildə Azərbaycana qarşı qərəzli olaraq, bütün beynəlxalq hüquq və normalara zidd olaraq ardıcıl mövqe sərgiləyirsiniz. Bütün bunlar əsas verir əmin olaq ki, ermənilərin əli ilə elə siz bu cinayətləri törətmisiniz.

Beləliklə, cənab xaçlılar klubunun baş bilənləri, Tanrıdan qorxmursunuzsa,  Attila babamızı  göz  önünə  gətirərək  TÜRKdən qorxun! Mütləq qorxun!


Cavid ismayıl


Turan Araşdırma Mərkəzi ib-nin sədri


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png