Kök kotleti- Bu tərəvəzi sevdirməyin ən gözəl üsulu


Kök yeməyənlər də yeyəcək. Kökü sevməyin bəlkə də bir üsuludur!

Ərzaqlar: 
Böyük kök – 2 ədəd
Alma – 2 ədəd
Mannı yarması – 2 x.q.
Şəkər tozu – 1 ç.q.
Suxarı ovuntusu
Duz
Bitki yağı – 50 ml.

Hazırlanması:
Kök təmizlənir, sürtgəcin xırda gözündən keçirilir. Tavada yarım stəkan su əlavə edib, zəif odda yarı bişmiş olana kimi bişirilir. Almalar sürtgəcin iri gözündən keçirilir, kökə qatılıb bişirilir. Almalar yumşalandan sonra odun üzərindən götürülür.
Alınmış kütlə süzgəcdən süzülür, bura mannı, duz və şəkər qatılıb, püre halına salınır. Yenidən qazanda 5-6 dəqiqə qarışdırılmaqla bişirilir. Alınmış kütlə soyudulur, ondan kotlet formaları hazırlanır, suxarıda gəzdirilir və isidilmiş tavada bitki yağında qızardılır. Süfrəyə yanında şirin sous və ya xama ilə vermək olar. 


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png