Mərci sousu ilə marinada qoyulmuş qızılbalığın resepti
Dəniz məhsulları fransız mətbəxində əhəmiyyətli rol oynayır. Marinada qoyulmuş qızılbalıq həm sağlamlıq üçün yaxşıdır, həm də ecazkar dada malikdir.
İnqrediyentlər
100 q yaşıl mərci 3 tikə sümüklərdən təmizlənmiş təzə qızılbalıq 1 şalot soğanı kublara doğranılmış kökün yarısı 1 sarımsaq dişi 3 qara istiot dənəsi dəfnə yarpağı Sous: 1 ½ yemək qaşığı soya sousu 1 yemək qaşığı yağ bir çimdik doğranılmış zəncəfil bir çimdik vasabi tozu kublara doğranılmış şalot soğanı Marinad: ½ stəkan su ¼ stəkan limon şirəsi ½ stəkan yüngül soya sousu bir çimdik doğranılmış zəncəfil bir böyük çimdik vasabi tozu doğranılmış sarımsaq dişi
Hazırlanma
Marinadın inqrediyentlərini qarışdırın, əmələ gəlmiş qarışığı qızılbalığın üstünə tökün, sonra isə onu bir neçə saata soyuducuya qoyun.
Mərcini istiot dənələri, sarımsaq və dəfnə yarpağı ilə bişirin, sonda duzu qatın. Bişirilmiş mərci bərk qalmalıdır.
Kökü bir az suda qaynadın, qurudun və soyuq suya qoyub soyudun ki, bərk qalsın.
Mərcini, kökü, şalot soğanını və sousu qarışdırın. Bir müddət gözləyin ki, dadlar bir birinə qarışsın.
Qızılbalığı marinaddan çıxardın, qurudun, nazik dilimlərə doğrayın.
ONN TV
Çap Et