Xankəndidə etirazlar bitmir- Nə baş verir?

Xankəndidə ermənilərin etiraz aksiyası davam edir

Avqustun 30-da axşam Qarabağ erməniləri “yüksək rütbəli məmurlar”ının istefası və Azərbaycanla müqavilələrə xitam verilməsi tələbi ilə Xankəndidə etiraz aksiyasına çıxıblar. Bir neçə saat sonra aksiya insidentsiz başa çatıb.

Avqustun 31-də axşam eyni tələblər ilə aksiya davam etdirilib.

Etirazçı Tiqran Petrosyan deyib ki, hərəkatın fəalları dünənki aksiyadan sonra avqustun 31-də gecə-gündüz Vozrojdeniye meydanında qalıblar.

“Dördüncü gündür ki, hərəkatın üzvü olan 10-a yaxın insan “prezident iqamətgahı”nın qarşısındakı meydanda iki talvarın altında gecələyir. “Hakimiyyət” bilməlidir ki, bizim hərəkat geri çəkilməyəcək, tələblərimiz yerinə yetirilməlidir, sona qədər gedəcəyik. Dördüncü gün meydanda qalırıq. İnsanlar gəlib bizə dəstək olurlar. İndiyədək hüquq-mühafizə orqanları tərəfindən açıq-aşkar təqiblər olmayıb”, – Petrosyan deyib.

Petrosyan onu da bildirib ki, dünən (30 avqust) “dövlət naziri” Artak Beqlaryan mitinqə gəlib, o, etirazçılara müraciət edib, lakin qaldırılan suallara cavab verməyib.

Bu gün saat 20:00-da başlayan və 22:00-da başa çatan mitinqə mindən çox adam toplaşıb.

“Əvvəlki kimi, təxminən 10 nəfər meydanda çardaq altında gecələyəcək və sabah axşam (1 sentyabr) yenidən mitinq olacaq. Bu, “hakimiyyət” bizim tələblərimizi yerinə yetirməyə başlayana qədər davam edəcək”, – deyə Petrosyan bildirib.

Aksiya ilə bağlı rəsmi qurumlardan hələ ki, şərh daxil olmayıb.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png