Dərinin cavan qalması üçün qaydalar

Yaş artdıqca dəridə, ən çox da üz dərisində problemlərin yaranması qaçılmaz olur. Bu daha çox qadınları narahat edən haldır.

Qadınların dərisində yaşlanma özünü əsasən 30 yaşdan sonra göstərməyə başlayır. Ona görə də mütəxəssislər hesab edir ki, 30 yaşdan sonra hər bir qadın gündəlik olaraq dərisinə qulluğa zaman ayırsa, dərinin vaxtından əvvəl qocalmasının qarşını almaq olar.

Dərinin gənc və gözəl görünməsi üçün nə etmək olar?

Makiyajı silmədən yatmaq olmaz. Makiyajla yatmaq dərinin vaxtından əvvəl qocalmasına şərait yaradır. Ona görə də yatmazdan əvvəl makiyajı mütləq təmizləmək gərəkdir.

Nəm zərif salfet, yaxud pambıqla dərini dairəvi olaraq silmək, dəridə olan kosmetik vasitələri təmizləmək lazımdır.

Bundan sonra dəriyə tonik çəkmək vacib hesab olunur. Çoxları toniklərin əhəmiyyətini bilməsələr də, əslində bu vasitələrin dərinin güclənməsində rolu var. Ona görə də makiyajı təmizləyəndən sonra tonik istifadə etmək tövsiyə edilir.

Günəş qoruyucu kremlər dərinin qocalmasının qarşısını alan əsas vasitələrdən biridir.

Ələlxüsus 30 yaşdan gündəlik olaraq, bütün fəsillərdə Günəş qoruyucu kremlər çəkmək lazımdır.

Göz ətrafı mütləq nəmləndirilməlidir. Dərinin yaşlanması ilkin olaraq göz ətrafında özünü büruzə verir. Ona görə də göz ətrafını nəmləndirməyi yaddan çıxarmaq olmaz. Tərkibində hyaluron turşusu olan nəmləndiricilərin istifadəsi daha yaxşı effekt verir.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png