Kişmişli keks sevənlər üçün ideal resept

Ərzaqlar:

• 2 yumurta;

• 1 stəkan şəkər tozu;

• 5 yemək qaşığı süd;

• Yarım stəkan duru yağ;

• 2 stəkan un;

• 1 qabartma tozu;

• 1 vanil;

• 1 çimdik duz;

• 100 qr kişmiş;


Hazırlanması:

• Yumurta, şəkər tozu, vanil və bir çimdik duzu dərin bir qaba əlavə edib mikserlə qarışdırın.

• Üzərinə süd, yağ, və qabartma tozun əlavə edib təkrar mikserlə qarışdırın.

• Sonda unu əlavə edib qarışdırın.

• Kismişin üzərinə 2 çay qaşığı un töküb qarışdırın sonra keks xəmirinin üzərinə töküb qaşıqla qarışdırın.

• Kek xəmirini soba listinə əlavə edin.

• Öncədən isidilmiş sobada üzəri qızaranadək bişiririk


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png