Erməni cinayətlərinin araşdırılması ilə bağlı layihəyə start verilib

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İB tərəfindən “Erməni cinayətləri beynəlxalq və milli məhkəmələr kontekstində (2020-ci il müharibəsindən sonrakı mühakimə məsələləri)” elektron kitabının hazırlanması və bu istiqamətdə təbliğat işlərinin aparılması layihəsinin icrasına başlanılıb.

3 ay müddətinə həyata keçiriləcək layihənin məqsədi erməni cinayətlərinin, o cümlədən 2020-ci ildə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətlərinin beynəlxalq hüquqi və milli hüquqi mühakiməsinin həyata keçirilməsi və beynəlxalq məhkəmə mexanizmlərin fəaliyyətinə dair elektron kitabın hazırlanması işlərinin aparılmasıdır. Vəsait Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov tərəfindən hazırlanır.

 Elektron vəsaitdə BMT Beynəlxalq Məhkəməsinin, ad hoc tribunalların və hibrid məhkəmələrin təcrübəsinə əsaslanaraq erməni cinayətlərinə hüquqi qiymətin verilməsi məsələləri araşdırılacaq. Kitab hüquqşünaslar, xüsusilə beynəlxalq hüquqçular, erməni cinayətlərinin mühakimə proseslərindən yazan və reportajlar hazırlayan media nümayəndələri, bu sahədə araşdırma aparan alimlər və tədqiqatçılar, habelə mövzu üzrə maraqlı olan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Erməni cinayətləri və onların cəzalandırılmasının zəruriliyi barədə e-maarifləndirmə tədbirlərinin həyata keçirilməsi internet üzərindən icra olunacaq və vəsait hər kəsə çatımlı olmaqla elektron formada yayımlanacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png