Bananla dərinizi nəmləndirin

Bananla dərinizi nəmləndirin Hər axşam yatmazdan öncə üzümüzü təmizləmək və nəmləndirmək vacibdir. Bununla daha sağlam və təravətli dəriyə sahib olacaqsınız.
Dərinizi nəmləndirəcək banan maskasını təqdim edirik.
Bir ədəd bananın üzərinə 4 yemək qaşığı bal və 1 çay qaşığı zəncəfil tozu əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə dərinizi təmizləyin.

Geri qayıt